Ana Sayfa > Karusel / Dünya > NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcək- Blinken

NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcək- Blinken


1-06-2024, 07:45. Yazar: Admin

NATO-nun Vaşinqtonda keçiriləcək sammitində alyans ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, NATO Ukraynaya “güclü yardım paketi” hazırlayır və onu iyulun 9-11-də keçiriləcək sammitdə təqdim edəcək.

Dövlət Departamentinin rəhbəri əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə gəldikdə “şüurlu və effektiv” hərəkət etmək niyyətindədir.


Geri dön