Ana Sayfa > Karusel / Region > Ermənistanda kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlanır

Ermənistanda kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlanır


31-05-2024, 12:25. Yazar: Admin

Ermənistanda kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlanır

Ermənistanda hakim “Mülki müqavilə” partiyasının deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlayırlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Mülki müqavilə” partiyasından deputat Tsovinar Vardanyan bildirib ki, hələ hazır sənədlər yoxdur, lakin bu istiqamətdə iş artıq aparılır: “Kilsə vergi ödəyicisidir, lakin söhbətin nədən getdiyini anlamaq lazımdır. Ola bilsin kilsə işçiləri gəlir vergisi ödəyirlər, bu, yaxşıdır. Amma deputatlar indi kilsənin idarə etdiyi minlərlə əmlakı araşdırırlar”.


Geri dön