Ana Sayfa > Karusel / Region > Medvedev: Rusiyaya qarşı döyüşən Qərb mütəxəssisləri təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək
Medvedev: Rusiyaya qarşı döyüşən Qərb mütəxəssisləri təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək31-05-2024, 12:11. Yazar: Admin |
Rusiyaya qarşı döyüşən bütün Qərb hərbi texnikası və mütəxəssisləri təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. O qeyd edib ki, NATO ölkələrinin Rusiyaya qarşı fərdi yardımı, istər raketlərə nəzarət, istərsə də qoşun göndərmək, ciddi eskalasiya yaradacaq və ardınca elə bir qüvvənin cavabı olacaq ki, alyansın özü də münaqişəyə cəlb olunmağa müqavimət göstərə bilməyəcək. Bununla bağlı Medvedev vurğulayıb ki, Qərb Rusiyanın taktiki nüvə silahından istifadə etməməsini səhv hesablaya bilər. "Bu, ölümcül səhv olacaq", - deyə Medvedev qeyd edib. Dmitri Medvedev əmin edib ki, əgər Ukrayna Rusiya ərazisində, o cümlədən Krımda və ya Donbasda uzaq mənzilli silahlardan istifadə edərsə onların bütün hərbi texnikası və mütəxəssisləri “həm keçmiş Ukrayna ərazisində, həm də digər ölkələrin ərazisində, əgər oradan Rusiya ərazisinə hücumlar edilərsə” məhv ediləcək. Geri dön |