Ana Sayfa > Karusel / Region > Müdafiə naziri: Rusiya hərbçiləri ATACMS raketləri ilə Krım körpüsünə kütləvi hücumu dəf edib
Müdafiə naziri: Rusiya hərbçiləri ATACMS raketləri ilə Krım körpüsünə kütləvi hücumu dəf edib31-05-2024, 12:02. Yazar: Admin |
Rusiya hərbçiləri ötən gün ATACMS raketləri ilə Krım körpüsünə kütləvi hücumu dəf edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Andrey Belousov Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi müdafiə nazirləri Şurasının iclasında bildirib. Rusiya MN başçısı vurğulayıb ki, bütün raketlər vurulub, nəticədə yüzlərlə insan xilas edilib. Belousov qeyd edib ki, 2024-cü ildə 880 kvadrat kilometr ərazi Rusiya ordusunun nəzarətinə keçib. Onun sözlərinə görə, Xarkov vilayətində mühüm ərazilərdə Ukrayna Silahlı Qüvvələri 8-9 kilometr geri çəkilib: "Ukrayna Silahlı Qüvvələri may ayında 35 mindən çox hərbçi və 2700-dən çox silah itirib. Məhv edilmiş Ukrayna texnikası arasında 290 tank və zirehli döyüş maşını, o cümlədən dörd “Abrams” və yeddi “Leopard” var". Yeni müdafiə naziri Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün edilən bütün cəhdlərin perspektivsiz olduğunu, xüsusi əməliyyatın bütün məqsədlərinə şübhəsiz nail olunacağını söyləyib. Geri dön |