Ana Sayfa > Karusel / Dünya > ABŞ Çinlə Ukrayna və Yaxın Şərq münaqişəsini müzakirə edib

ABŞ Çinlə Ukrayna və Yaxın Şərq münaqişəsini müzakirə edib


31-05-2024, 07:09. Yazar: Admin

ABŞ Çinlə Ukrayna və Yaxın Şərq münaqişəsini müzakirə edib

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin baş müavini Conatan Fayner və Çinin xarici işlər nazirinin müavini Ma Çjaosüy Ukrayna münaqişəsini, Yaxın Şərq və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Vaşinqtonda keçirilən görüşün yekunları üzrə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsini, Yaxın Şərqdəki çətinlikləri və Koreya yarımadasının nüvəsizləşdirilməsi səylərini müzakirə ediblər”, - məlumatda deyilir.


Geri dön