Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır
Rusiya XİN: Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır30-05-2024, 16:43. Yazar: Admin |
Biz Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qururuq. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Gününü qeyd etdiklərini, Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin Rusiya-Azərbaycan münasibətlərini ətraflı dəyərləndirdiyini xatırladıb. Zaxarova “Cənubi Qafqazdakı həyacanverici vəziyyətdən də danışıb”. O bildirib ki, bunlar əsasən qərblilərin destruktiv fəaliyyəti ilə bağlıdır. “Bakı bu barədə danışır və biz müvafiq qiymət veririk. Qərbə vəziyyəti silkələmək lazımdır. Region ölkələri onların nöqteyi-nəzərindən bir-biri ilə əlaqə yaratmamalı, düşmənçilik etməlidirlər. Qonşuları iqtisadiyyat, ticarət və ya infrastruktur deyil, bitib-tükənməyən hesablaşmalar maraqlandırmalıdır. Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır. Bu tendensiyaları hamı görür", - Rusiya XİN sözçüsü vurğulayıb. Geri dön |