Ana Sayfa > Karusel / Dünya > KİV: Fransa tezliklə Ukraynaya hərbi təlimçilər göndərə bilər

KİV: Fransa tezliklə Ukraynaya hərbi təlimçilər göndərə bilər


30-05-2024, 15:43. Yazar: Admin

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron

 

Fransa bəzi müttəfiqlərinin narahatlığına və Rusiyanın tənqidlərinə baxmayaraq, tezliklə Ukraynaya hərbi təlimçilər göndərə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Reuters" üç diplomatik mənbəyə istinadən yazıb.

Diplomatlar bildiriblər ki, Avropa İttifaqı tərəfdaşlarının bəziləri Rusiya ilə birbaşa münaqişədən ehtiyat edirlər, lakin Paris bu cür yardım təklif edən ölkələrin koalisiyasını yaratmağa və ona rəhbərlik etməyə ümid edir.

Mənbələr bildirib ki, Fransa Prezidenti Emmanuel Makron sözügedən qərarı gələn həftə Ukrayna Prezidentinin Parisə səfəri zamanı elan edə bilər.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 6-da müttəfiq əsgərlərin İkinci Dünya müharibəsi zamanı nasist alman qüvvələrini qovmaq üçün Normandiyaya daxil olduğu D-Day-in 80-ci ildönümündə Fransaya gedəcək. O, növbəti gün Parisdə Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

Fransa 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 10 minə yaxın ukraynalı əsgərə təlim keçib, lakin bunu Aİ daxilində reallaşdırıb. Diplomatların sözlərinə görə, yeni missiya Aİ və ya NATO-nun himayəsi altında olmayacaq.


Geri dön