Fərid Mehralızadə polis orqanına dəvət olunub.
Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, hazırda araşdırma aparılır.
Qeyd edək ki, iqtisadçı Fərid Mehralızadənin saxlanılması barədə sosial şəbəkədə məlumat yayılıb.