Ana Sayfa > Karusel / Dünya > Polşa Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırır, rəsmi Moskva cavab tədbirləri vəd edib

Polşa Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırır, rəsmi Moskva cavab tədbirləri vəd edib


30-05-2024, 14:54. Yazar: Admin

Polşa Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırır, rəsmi Moskva cavab tədbirləri vəd edib

Rusiyanın Varşavadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyindən iyunun 1-dən diplomatların hərəkətinin məhdudlaşdırılmasına dair nota alıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Polşa Xarici İşlər Nazirliyinin rusiyalı diplomatların hərəkətinin məhdudlaşdırılmasına dair notasında səbəblərə dair izahatlar yoxdur.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası Polşanın Moskvadakı səfirliyinə və İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı Baş Konsulluqlarına qarşı cavab tədbirləri görəcək.


Geri dön