Ana Sayfa > Karusel / Dünya > ABŞ BMT-nin Rəisi ilə bağlı tədbirini boykot edəcək
ABŞ BMT-nin Rəisi ilə bağlı tədbirini boykot edəcək30-05-2024, 09:47. Yazar: Admin |
ABŞ BMT Baş Assambleyasının mərhum İran prezidenti İbrahim Rəisinin xatirəsinə cümə axşamı keçirilməsi planlaşdırılan mərasimi boykot edəcək. qarabaginfo.az xəbər verir ki, "Reuters" xəbər agentliyi bu xəbəri adını açıqlamadığı amerikalı mənbəyə istinadən yayıb. "Biz heç bir şəkildə bu tədbirdə iştirak etməyəcəyik" - deyə mənbə bildirib. Agentliyin həmsöhbəti həmçinin bildirib ki, BMT bir beynəlxalq təşkilat olaraq İran xalqını dəstəkləməli, onun liderinin xatirəsini ehtiramla yad etməməlidir. Qeyd edək ki, BMT-nin Baş Assambleyası ənənəvi olaraq vəzifə başında dünyasını dəyişmiş dövlət başçılarını yad etmək üçün toplanır. Onu da qeyd edək ki, cümə axşamı baş tutacaq mərasimdə Rəisi ilə bağlı çıxışlar olacaq. Geri dön |