Ana Sayfa > Karusel / Siyasət / Dünya > İsveç hökuməti Ukraynaya 1,26 mlrd. dollar ayrılmasını razılaşdırıb
İsveç hökuməti Ukraynaya 1,26 mlrd. dollar ayrılmasını razılaşdırıb29-05-2024, 14:15. Yazar: Admin |
İsveç hökuməti ilə sağçı "İsveç Demokratları" partiyası arasında Ukraynaya 13,3 milyard kron (1,26 milyard dollar) ayrılması barədə razılıq əldə olunub. Qarabaginfo.az “Business Standard” nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında deyib. O bildirib ki, həmin vəsait Ukraynanın hava hücumundan müdafiə potensialının gücləndirilməsinə sərf ediləcək. P. Yonssonun sözlərinə görə, rəsmi Kiyevin tələbi sadəcə “F16” qırıcıları ilə məhdudlaşır. Qeyd edək ki, iki siyasi qüvvə arasında Ukraynaya hərbi dəstək məsələsində uzun müddət fikir ayrılıqları mövcud olub. Geri dön |