Ana Sayfa > Karusel / Gündəm > Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub29-05-2024, 14:13. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub. Bu barədə Qarabaginfo.az-a Nazirlikdən xəbər verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Sadiq Cabir oğlu Əliyev Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ailəlidir, 3 övladı var. Geri dön |