Ana Sayfa > Karusel / Region > Putin Aleksey Dyumini Rusiya Dövlət Şurasının katibi təyin edib
Putin Aleksey Dyumini Rusiya Dövlət Şurasının katibi təyin edib29-05-2024, 12:45. Yazar: Admin |
Rusiya prezidentinin köməkçisi Aleksey Dyumin Rusiya Federasiyası Dövlət Şurasının katibi təyin edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin.ru məlumat yayıb. Bildirilib ki, prezident Vladimir Putinin “Rusiya Federasiyası Dövlət Şurasının katibi haqqında” imzaladığı fərmana əsasın, Aleksey Dyumin Dövlət Şurasının katibi təyin olunub. Qeyd edək ki, A. Dyumin Putinin mühafizəçisi, xüsusi xidmət zabiti olub. Hərbi rütbəsi general-polkovnik olan Dyumin 2015-2016-cı illərdə Rusiya müdafiə nazirinin müavini, 2016-2024-cü illərdə Tula vilayətinin qubernatoru olub. Putin beşinci dəfə dövlət başçısı seçiləndən sonra, mayın 14-də Dyumini prezidentin köməkçisi təyin edib. Geri dön |