Ana Sayfa > Karusel / Siyasət > AzTV-nin sabiq sədrinə qarşı sui-qəsddə təqsirləndirilən şəxslər barədə qərar verilib

AzTV-nin sabiq sədrinə qarşı sui-qəsddə təqsirləndirilən şəxslər barədə qərar verilib


29-05-2024, 10:53. Yazar: Admin

 

Sabiq xarici işlər naziri XİN-dəki həbslər barədə: "ciddi şəkildə məlumat sızması mövcuddur" - BBC News Azərbaycanca

AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücaət Əkbərov və digərləri barəsində hökmlə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, sui-qəsd cəhdi ilə bağlı 2017-ci ildə 4 nəfər həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücaət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Hüseynov cəzasını istintaq və məhkəmə müddətində çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Q.Cəbiyev isə 2020-ci ildə həbsdə vəfat edib. Sonradan Apellyasiya Məhkəməsi Ş.Əkbərovun cəzasını 16 ilə, Z.Şirinovun cəzasını isə 14 il 6 aya endirib.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah-sursat əldə edib, sifarişlə Arif Alışanov və onun ailə üzvlərini öldürməyə cəhd edib. O, A. Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirmək istəyib.

Arif Alışanov 2019-cu ildə AzTV-nin sədri vəzifəsindən azad olunub.


Geri dön