Ana Sayfa > Karusel / Dünya > Trüdo: “Kanada İsrailin Rəfah bölgəsinə endirdiyi zərbələrdən dəhşətə gəlib”

Trüdo: “Kanada İsrailin Rəfah bölgəsinə endirdiyi zərbələrdən dəhşətə gəlib”


29-05-2024, 08:02. Yazar: Admin

Kanadanın Baş naziri Castin Trüdo

 

Kanada hakimiyyəti İsrailin Rəfah bölgəsinə endirdiyi zərbənin nəticələrindən dəhşətə gəlib, həmçinin İsrailin bu şəhərdəki hərbi əməliyyatına qarşı çıxır.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanadanın Baş naziri Castin Trüdo bildirib.

“İsrailin Rafahda dinc sakinlərin ölümünə səbəb olan zərbələri bizi dəhşətə gətirir. Kanada heç bir şəkildə İsrailin Rəfahdakı hərbi əməliyyatlarını dəstəkləmir. Qəzza zolağında gördüyümüz kütləvi insan iztirablarına son qoyulmalıdır”, - Trüdo vurğulayıb.


Geri dön