Ana Sayfa > Karusel / Region > Gürcüstanda "xarici təsir" haqqında qanununun qəbulu Aİ Şurasının iclasında müzakirə olunacaq
Gürcüstanda "xarici təsir" haqqında qanununun qəbulu Aİ Şurasının iclasında müzakirə olunacaq28-05-2024, 22:51. Yazar: Admin |
Gürcüstanda "xarici təsir" haqqında qanununun qəbulu Avropa İttifaqı Şurasının iclasında müzakirə olunacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel X hesabında bildirib. "Avropa İttifaqı Şurası dekabr ayında Gürcüstanın müvafiq addımlar atdığını və lazımi demokratik islahatları həyata keçirdiyini nəzərə alaraq, Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul etdi. Parlamentdə şəffaflıq qanununun qəbulu geriyə addımdır və Gürcüstanı Aİ yolundan daha da uzaqlaşdırır. Gürcü xalqı açıq şəkildə gələcəyi Aİ-də seçib və biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik", - Şarl Mişel bildirib. Avropa Komissiyası və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin adından dərc olunan birgə bəyantada isə vurğulanıb ki, Aİ və üzv dövlətlər bu məsələ ilə əlaqədar bütün imkanları nəzərdən keçirir. "Avropa İttifaqı Gürcüstan Parlamentinin prezidentin "xarici təsirin şəffaflığı" haqqında qanuna veto qoymasını ləğv etmək və Venesiya Komissiyasının bu qanunun ləğvi ilə bağlı qərarından dərin təəssüf hissi keçirir. Aİ Gürcüstan Parlamentinin qəbul etdiyi qanunun Aİ-nin əsas prinsip və dəyərlərinə zidd olduğunu dəfələrlə vurğulayıb. Onun qüvvəyə minməsi Komissiyanın Aİ liderləri tərəfindən təsdiq edilmiş namizəd statusu ilə bağlı tövsiyəsində qeyd olunan doqquz addımdan ən azı üçündə (dezinformasiya; qütbləşmə; fundamental hüquqlar və Vətəndaş Cəmiyyəti Təşkilatlarının iştirakı) geri çəkilməsinə gətirib çıxarır və Aİ-yə inteqrasiya yolunda Gürcüstana mənfi təsir göstərəcək. Xarici təsirin şəffaflığı haqqında qanundan əlavə doqquz addımda əhəmiyyətli irəliləyiş əldə etmək üçün indiyədək kifayət qədər siyasi diqqət səfərbər olunmayıb. Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanları tərəfindən güclü öhdəlik tələb olunur. Aİ və onun üzv dövlətləri bu hala reaksiya vermək üçün bütün variantları nəzərdən keçirir. Biz gürcü xalqının yanında olmağa davam edirik və onların böyük əksəriyyətinin öz ölkələrinin Avropa gələcəyi üçün seçimini tanıyırıq", - deyə birgə bəyanatda deyilir. Geri dön |