Ana Sayfa > Karusel / Region > “Qərbdə Rusiyaya Qərb silahları ilə hücum etmək məsələsində konsensus yoxdur”- PESKOV

“Qərbdə Rusiyaya Qərb silahları ilə hücum etmək məsələsində konsensus yoxdur”- PESKOV


28-05-2024, 19:47. Yazar: Admin

NATO Baş katibi Yens Stoltenberqin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsinin zəruriliyi ilə bağlı açıqlamaları məsuliyyətsizlik və təxribatdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Qərbdə Rusiyaya Qərb silahları ilə hücum etmək məsələsində konsensus yoxdur.

Peskov onu da qeyd edib ki, zərbələrə mümkün cavab barədə yalnız Rusiya lideri Vladimir Putin və hərbi rəhbərlik bilir.


Geri dön