Ana Sayfa > Karusel / Siyasət > Aİ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə davam edəcək- Peter Mixalko

Aİ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə davam edəcək- Peter Mixalko


28-05-2024, 19:42. Yazar: Admin

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığını daha da gücləndirmək üçün birgə fəaliyyətini davam etdirəcək.

Bununla bağlı Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko X şəbəkəsində paylaşım edib.

“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Azərbaycana və onun vətəndaşlarına sülh və firavanlıq arzularımızı çatdırırıq! Tərəfdaşlığımızı daha da gücləndirmək üçün birlikdə işləməyə davam edəcəyik!” – deyə paylaşımda bildirilib(trend).


Geri dön