Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirləri Almatıda regional çağırış və təhlükələri müzakirə edəcək.
qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat Qazaxıstan mediasında yer alıb.
Bildirilib ki, 30-31 may tarixlərində keçiriləcək görüş zamanı həmçinin təşkilatın hərbi potensialının gücləndirilməsi də diqqət mərkəzində olacaq.