Ana Sayfa > Karusel / Region > Aİ Ukraynaya Qərb silahları ilə Rusiyaya zərbə endirməyə razılıq verə bilər

Aİ Ukraynaya Qərb silahları ilə Rusiyaya zərbə endirməyə razılıq verə bilər


28-05-2024, 12:46. Yazar: Admin

Bu gün Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri Ukraynanın Rusiya ərazisinə Qərb silahları ilə zərbələr endirməsinə icazə verilməsi imkanlarını və bununla bağlı eskalasiya risklərini müzakirə edəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.

NATO Baş katibi Rusiya ərazisi daxilində hədəflərə qarşı silah tətbiqinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsini qaldıracaq. Bəzi ölkələr belə qərarlar qəbul edirlər. Biz bu mühüm məsələni müzakirə edəcəyik”, – Borrel deyib.


Geri dön