“ABŞ-ı Çinin qonşuları ilə sərhəd mübahisələrinə qarışmamağa çağırırıq”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.
XİN rəsmisi Hun Lyan deyib ki, Pekin ABŞ-ın Çini əhatə edən sulara müdaxiləsi və təxribatlarından ciddi narahatdır: “Vaşinqtonu Çinin ərazi suverenliyinə, eləcə də dəniz hüquq və maraqlarına səmimi şəkildə hörmət etməyə, Çinlə qonşu ölkələr arasında dəniz mübahisələrinə qarışmamağa çağırırıq”.
O, həmçinin ABŞ-ı Tayvanın müstəqilliyini müdafiə edən qüvvələrə dəstək və yardımı dərhal dayandırmağa və “vahid Çin” siyasətini dəstəkləmək üzrə öhdəlikləri yerinə yetirməyə çağırıb.