Ana Sayfa > Karusel / Region > Ukraynalı deputat: Fransa hərbi təlimatçılar göndərməyə razılaşıb
Ukraynalı deputat: Fransa hərbi təlimatçılar göndərməyə razılaşıb27-05-2024, 20:18. Yazar: Admin |
Fransa Ukraynaya hərbçilərə təlim keçmək üçün təlimatçılar göndərməyə razılaşıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” kanalında yazıb. “Fransa Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün öz təlimatçılarını Ukraynaya göndərməyə razılıq verdi”, o, Telegram kanalında yazıb. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski fransalı təlimatçıların Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərinə səfərini qanuniləşdirən sənədləri imzaladığını bildirib. Qonçarenko bu səfəri və ya başqa planları nəzərdə tutduğunu açıqlamayıb. Geri dön |