Ana Sayfa > Karusel / Dünya > Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib

Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib


27-05-2024, 10:19. Yazar: Admin

Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib

İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin “KAN” telekanalı məlumat yayıb.

Bildirilib ki, sonuncu müzakirələr zamanı səsləndirilən təklif İsrailin hökumət başçısına çatdırılsa da o axırıncı HAMAS döyüşçüsü qalanadək mübarizənin davam etdiriləcəyini bildirib.

Məlumata əsasən, İsrail tərəfi mayın 25-də əsirlərin mübadiləsi və atəşkəslə bağlı danışıqların növbəti həftədən davam etdirməyə hazır olduğunu bildirib. Hökumətdən verilən açıqlamada qeyd olunub ki, qarşı tərəf bu təklifi cavabsız qoyub.


Geri dön