Ana Sayfa > Karusel > Paşinyan Bağanıs Ayrıma getdi

Paşinyan Bağanıs Ayrıma getdi


25-05-2024, 14:01. Yazar: Admin

pasinyan-baganis-ayrima-getdi

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Azatutyun” yayıb. 

Bildirilir ki, Paşinyan Bağanis (Bağanıs Ayrım) kəndində yerli məktəbdə görüş keçirəcək. 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə heç kəsi buraxmır. Polislər binaya daxil olmağa nail olan erməni jurnalist Ani Gevorkyana qarşı güc tətbiq edərək onu məktəbdən çıxarıb. 

Paşinyanın Bağanisdən sonra Berkaber (ER) - Qızılhacılı (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR) və Kirants (ER) – Xeyrımlı (AR) kəndlərinə səfər edib-etməyəcəyi hələ məlum deyil. 

Xatırladaq ki, mayın 24-də Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

 

 


Geri dön