Ana Sayfa > Karusel / Gündəm > “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”
“Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”6-10-2020, 13:38. Yazar: Admin |
“Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır”. Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın ali lideri ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Keyhan” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarından bir hissəsini işğal edib: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir. Bir milyondan artıq azərbaycanlı işğal nəticəsində evlərindən didərgin düşüb. Onlar tez bir zamanda öz torpaqlarına qayıtmalıdırlar”. Modern.az yazır ki, Əli Əkbər Vilayəti Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bildirib. O qeyd edib ki, münaqişə siyasi yollarla həll olunmalıdır. Əli Əkbər Vilayəti son günlər Azərbaycanın dinc əhalisinin yaşadığı bölgələrə Ermənistan tərəfindən hücumların olduğunu da vurğulayıb. Geri dön |