Ana Sayfa > Karusel / Manşet > “2026-cı ilin sonuna kimi Laçına 12 mindən çox şəxs köçürüləcək”
“2026-cı ilin sonuna kimi Laçına 12 mindən çox şəxs köçürüləcək”24-05-2024, 11:56. Yazar: Admin |
“2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarmaq niyyətindəyik”. Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib. “2022-ci ilin sentyabrından Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz fəxr edirik ki, işğal zamanı xarabalığa çevrilmiş Laçın Azərbaycanın gözəl guşələrindən birinə çevrilib. Bir il əvvəl ilk keçmiş məcburi köçkünlər vətənə qayıtdılar. Onları şəxsən cənab Prezident İlham Əliyev qarşıladı və yeni evlərinin açarlarını təqdim etdi. Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb”, - o qeyd edib. Geri dön |