Ana Sayfa > Karusel / Dünya > Zaxarova Norveçin Rusiya vətəndaşlarına ölkəyə giriş qaydalarını sərtləşdirməsinə münasibət bildirib

Zaxarova Norveçin Rusiya vətəndaşlarına ölkəyə giriş qaydalarını sərtləşdirməsinə münasibət bildirib


23-05-2024, 14:21. Yazar: Admin

Zaxarova Norveçin Rusiya vətəndaşlarına ölkəyə giriş qaydalarını sərtləşdirməsinə münasibət bildirib

Norveçin Rusiya vətəndaşları üçün ölkəyə giriş qaydalarını sərtləşdirməsi münasibətləri tamamilə məhv etmək məqsədi daşıyır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Moskvanın buna cavab verəcəyini vəd edib.

Qeyd edək ki, Norveç Rusiya vətəndaşları üçün yeni məhdudiyyətlər tətbiq edib. Bundan sonra turizm və digər məqsədlər üçün gələn Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan ediləcək. Qohumlarını ziyarətə, işə və ya oxumağa gələnlər üçün istisna oluna bilər.

Yeni qaydaların mayın 29-dan qüvvəyə minəcəyi açıqlanıb.


Geri dön