Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib
Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib23-05-2024, 11:57. Yazar: Admin |
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar mina təmizləmə mövzusunda işçi görüşü keçirilib. QArabaginfo.az MN-ə istinadən xəbər verir ki, görüşdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verib.
Geri dön |