Almaniya, Fransa və Polşa təhlükəsizlik sahəsində qüvvələrini birləşdirmək niyyətindədir.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Fransa və Polşadan olan həmkarları Stefan Sejourne və Radoslav Sikorski ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, sözügedən ölkələr daha güclü və geosiyasi Avropa yaratmaq üçün konkret iş planı qəbul etmək niyyətindədir.