Ana Sayfa > Karusel / Dünya > Pentaqon döyüşlər dayanana qədər ABŞ təlimatçılarını Ukraynaya göndərmək niyyətində deyil
Pentaqon döyüşlər dayanana qədər ABŞ təlimatçılarını Ukraynaya göndərmək niyyətində deyil22-05-2024, 21:37. Yazar: Admin |
Pentaqon Ukraynada döyüşlər dayandırılana qədər amerikalı hərbi təlimatçıları adıçəkilən əraziyə göndərmək niyyətində deyil. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun Vaşinqton Atlantika Şurasında çıxış edərkən deyib. “Düşünmürəm ki, bu, Ukrayna ərazisi aktiv müharibə zonası olduğu müddətdə edilsin. Ancaq 2022-ci ilin fevralına qədər ABŞ Ukrayna ilə sıx əlaqədə idi”, - Braun vurğulayıb. Geri dön |