Ana Sayfa > Karusel / Region > Kaxa Kaladze: Xarici qüvvələr Gürcüstanı ikinci Ukraynaya çevirə bilməyəcək

Kaxa Kaladze: Xarici qüvvələr Gürcüstanı ikinci Ukraynaya çevirə bilməyəcək


22-05-2024, 13:40. Yazar: Admin

Kaxa Kaladze

 

“Xarici qüvvələr Gürcüstanı ikinci Ukraynaya çevirə bilməyəcək”.

Qarabaginfo.az  “ipress.ge”yə istinadən xəbərinə görə, bunu Tbilisinin meri Kaxa Kaladze jurnalistlərə bildirib.

O, Ukraynadan sonra Gürcüstanı da müharibə meydanına çevirmək istəyən dövlətlərə Baltikyanı regiona yönəlməyi məsləhət görüb:

“Bu ölkələr Gürcüstandan əl çəkməlidirlər. Müharibə aparmaq üçün Baltikyanı ölkələr də var. Ölkəmiz müharibə dövrünü uzun müddət əvvəl arxada qoyub. SSRİ dağıldıqdan sonra Gürcüstan müstəqilliyini elan edən ilk ölkə olub. Digər dövlətlər isə sonradan bizim yolumuzu getdilər. Gedin, Ukrayna müharibəsi ilə məşğul olun, bizdən isə əl çəkin!”, – Kaladze fikirlərini yekunlaşdırıb.


Geri dön