Ana Sayfa > Karusel / Region > Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır
Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır22-05-2024, 13:35. Yazar: Admin |
Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir. Qarabaginfo.az xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib. O əlavə edib ki, danışıqlar davam edir. “Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək” – Alen Simonyan deyib. Geri dön |