Ana Sayfa > Karusel / Region > Keşiş Ermənistan əhalisini 26 may mitinqinə çağırdı 

Keşiş Ermənistan əhalisini 26 may mitinqinə çağırdı 


22-05-2024, 12:38. Yazar: Admin

Keşiş Ermənistan əhalisini 26 may mitinqinə çağırdı 

 

Ermənistanda hakimiyət əleyhinə başlayan hərəkatın lideri keşiş Baqrat Srbazan mayın 26-da saat 16:00-da İrəvandakı Respublika meydanında mitinq keçiriləcəyini elan edib. 

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə keşiş müqəddəs Anna kilsəsindəki çıxışı zamanı bildirib. 

“Mayın 26-da saat 16:00-da sizi Ermənistan Respublikasının paytaxtı İrəvanın mərkəzi meydanında bir çox sualların cavablandırılacağı geniş və vacib mitinqə dəvət edirəm. Mitinqdə gələcək fəaliyyətlərimiz haqqında məlumat veriləcək. Masada hansı proqramın olduğunu biləcəksiniz, bütün detalları öyrənəcəksiniz. Çoxlarını maraqlandıran suallara cavab alacağıq”, - deyə etirazçı keşiş Ermənistan vətəndaşlarına çağırış edib. 


Geri dön