Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Erməni spiker İran səfirliyinə gedib, başsağlığı verib
Ana Sayfa > Karusel / Dünya > Erməni spiker İran səfirliyinə gedib, başsağlığı verib

Erməni spiker İran səfirliyinə gedib, başsağlığı verib


22-05-2024, 12:05. Yazar: Admin

 

Erməni spiker İran səfirliyinə gedib, başsağlığı verib

Ermənistan parlamentinin sədri Alen Simonyan İranın İrəvandakı səfirliyinə baş çəkib.

 

Qarabaqinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, matəm kitabında qeydlər qoyub.

 

Ermənistanın hökumət üzvləri, deputatları və siyasi xadimləri, eləcə də müxtəlif ölkələrin diplomatik nümayəndələri də İran səfirliyinə gələrək başsağlığı verirlər.

 

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbriz cümə imamı Məhəmməd Əli Haşim, Şərqi Azərbaycan ostanının valisi Malik Rəhmətini aparan helikopter qəzaya uğrayıb. Helikopterdəkilərin hamısı həyatını itirib.


Geri dön