Ana Sayfa > Karusel / Gündəm > Prezidentin köməkçisi Gəncədə yaralanan 10 aylıq Zəhranın fotosunu paylaşdı
Prezidentin köməkçisi Gəncədə yaralanan 10 aylıq Zəhranın fotosunu paylaşdı6-10-2020, 11:45. Yazar: Admin |
![]() Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.
Qarabaginfo.az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tvitter hesabında “Gəncə güclüdür” həştəqindən istifadə edərək qeyd edib: “Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.
Geri dön |