Ana Sayfa > Karusel / Qarabağ > Xankəndi ərazisində silahlı şəxs TUTULDU
Xankəndi ərazisində silahlı şəxs TUTULDU22-05-2024, 11:01. Yazar: Admin |
Xankəndi polisi şəhər ərazisində silahlı şəxsi saxlayıb. Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Qarabaqinfo.az-a bildirilib ki, şəxsi axtarış zamanı onun üzərindən sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Geri dön |