Ana Sayfa > Karusel / İqtisadiyyat > Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər

Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər


21-05-2024, 16:18. Yazar: Admin

Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər

Ermənistan parlamenti yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etmək təklif olunur.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu fikri parlamentin spikeri Alen Simonyan səsləndirib.

“Duyğularımızla, tariximizlə oynamağı artıq dayandırın. Və artıq siyasətlə məşğul ola-ola, diasporadan pul yığıb, şam, coca-cola, şərab satıb, restoranlara sahib olaraq, vergi ödəməməyi dayandırın...Mən başa düşmək istəyirəm ki, əli öpülən din xadimi nə üçün orduya patron alan, vergi ödəyən adi biznesmendən üstün olmalıdır. Mənim üçün iri vergi ödəyiciləri ən vacib adamlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirir.


Geri dön