Ana Sayfa > Karusel / Region > Rusiyada diaspor təşkilatları "xarici agent" elan oluna bilər

Rusiyada diaspor təşkilatları "xarici agent" elan oluna bilər


21-05-2024, 12:59. Yazar: Admin

Rusiyada diaspor təşkilatları "xarici agent" elan oluna bilər

Rusiyada diasporları “xarici agentlər”lə eyniləşdirmək təklif olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Mixail Matveyev (Rusiya Federasiyası Kommunist Partiyası) tərəfindən hazırlanmış milli mədəni muxtariyyətlər haqqında qanunun yeni redaksiyasında qeyd olunub.

Deputat bildirib ki, milli-etnik birliklərin xaricdən maliyyələşdirilməsinə qadağa qoyulmalıdır. Onun sözlərinə görə, xaricdə öz dövlətləri olan etnik icmalara mənsub birliklərin xarici vətəndaşlar və təşkilatlarla qarşılıqlı əlaqəsi olduqda isə onların xarici agentlər kimi təsnif ediləcəyi gözlənilir.

Bundan əlavə, qanun layihəsi “muxtariyyətlərin” ləğvini və hər kəsin milli-mədəni “birliklərə” yenidən qeydiyyatdan keçməsini nəzərdə tutur.

Deputat izah edib ki, bir bələdiyyədə, regionda və ya federal səviyyədə bir etnik icmanın birdən çox birliyi ola bilməz. Layihədə onların fəaliyyəti dil və mədəniyyət məsələləri ilə də məhdudlaşdırılır, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxilə qadağan edilir.


Geri dön