Ana Sayfa > Karusel / Gündəm > Zaur Baxşəliyev Orduya 5 min manat ianə etdi

Zaur Baxşəliyev Orduya 5 min manat ianə etdi


6-10-2020, 11:08. Yazar: Admin

Zaur Baxşəliyev Orduya 5 min manat ianə etdi

Tanınmış teleaparıcı Zaur Baxşəliyev də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna pul köçürüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə prodüser Tarix Əliyev məlumat verib.

O, Zaurun Yardım Fonduna 5 min manat köçürdüyünü bildirib.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər davam edir. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə orduya və dövlətə dəstək kampaniyasını həyata keçirirlər.


Geri dön