Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərdoğan: "Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir"
Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: "Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir"

Ərdoğan: "Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir"


20-05-2024, 21:07. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğuladı", - məlumatda deyilir.


Geri dön