Ana Sayfa > Karusel / Region > İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək


20-05-2024, 20:18. Yazar: Admin

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək

İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Qarabaginfo.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami məlumat yayıb.

“İyunun 28-i İranda prezident seçkiləri günü hesab oluna bilər”, - Eslami vurğulayıb.

İranda İbrahim Rəisinin vəfatı ilə bağlı prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq.


Geri dön