Ana Sayfa > Karusel / Təhsil > Laçında təhsil alan şagirdlər Qarabağ Universitetində oxumaq istəyirlər
Laçında təhsil alan şagirdlər Qarabağ Universitetində oxumaq istəyirlər20-05-2024, 17:00. Yazar: Admin |
Laçın şəhər 2 nömrəli tam orta məktəbin dörd şagirdi təhsilini Qarabağ Universitetində davam etdirməyi arzulayır.
Qarabaqinfo.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında məktəbin direktor müavini Şəbnəm Uğurlu deyib.
O bildirib ki, təhsil müəssisəsi 43 şagirdlə fəaliyyətə başlasa da, hazırda məktəbdə 112 şagird təhsil alır:
"Onların əksəriyyəti paytaxt məktəblərindən gəlib. Təhsil prosesinin təşkili həm şagirdləri, həm də valideynləri olduqca qane edir. Məktəbdə müasir dövrün tələblərini özündə ehtiva edən fənn kabinetlərinin, laboratoriyaların, peşəkar təhsil işçilərinin olması ürəkaçandır. Məktəb psixoloqunun və bütün pedaqoji kollektivin səyi nəticəsində şagirdlərin adaptasiya prosesi olduqca asan həyata keçirilib. Belə ki, fərqli məktəblərdən gəlmələrinə baxmayaraq, şagirdlər sanki illərin dostudurlar. Onların maraq dairəsinə uyğun olaraq dərsdənkənar məşğələlər keçirilir, ekskursiyalar təşkil olunur".
Direktor müavini qeyd edib ki, şagirdlərin akademik göstəricilərini artırmaq məqsədilə bir çox bilik yarışları təşkil edilib.
"Təhsilini bu il başa vuran dörd şagirdimizdən biri - Zəhra Quliyeva 215 bal toplayıb. Onlar təhsillərini Qarabağ Universitetində davam etdirməyi arzulayırlar". Geri dön |