Ana Sayfa > Karusel / Gündəm > İran səfirliyində hələ də bayraqlar yarıya endirilməyib
İran səfirliyində hələ də bayraqlar yarıya endirilməyib20-05-2024, 09:12. Yazar: Admin |
İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxsləri daşıyan helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.
İran mediası və rəsmi şəxslər Rəisi və digərlərinin öldüyünü bildirib. Məlumatı İranın vitse-prezidenti də təsdiq edib. Prezidentin ölümündən sonra İran hökuməti təcili iclas çağırıb.
Qarabaginfo.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin qarşısında hələ də bayraqlar yarıya endirilməyib.
Qeyd edək ki, bir çox ölkədə rəsmi şəxslər həlak olan zaman bayraqlar yarıya endirilir, matəm elan olunur. Geri dön |