Ana Sayfa > Karusel / Region > "Reuters": Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

"Reuters": Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb


20-05-2024, 07:32. Yazar: Admin

"Reuters": Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb - YENİLƏNİB - VİDEO

İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb", - deyə, o bildirib.

 

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil",-deyə, o bildirib.

İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.


Geri dön