Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN Fransanı Yeni Kaledoniya əhalisinə zorakılıqdan çəkinməyə çağırıb
Rusiya XİN Fransanı Yeni Kaledoniya əhalisinə zorakılıqdan çəkinməyə çağırıb18-05-2024, 20:50. Yazar: Admin |
“Fransa hökumətini Yeni Kaledoniya xalqına qarşı zorakılıqdan çəkinməyə və onun hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”. Qarabaginfo.az TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. O, həmçinin diqqəti mayın 13-də keçirilən etiraz aksiyası zamanı polisin iştirakçılara zorakılıq tətbiq etməsinə yönəldib. Rəsmi nümayəndə vurğulayıb ki, ölkəsi dinc əhaliyə analoji yanaşmanı qətiyyətlə pisləyir. Geri dön |