Ana Sayfa > Karusel / Siyasət > Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır

Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır


18-05-2024, 20:40. Yazar: Admin

Peter Siyarto

 

Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır.

Qarabaginfo.az “Alpha News”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O, həmçinin, Avropa Şurasında təmsil olunan bəzi dövlətlərin nümayəndə heyəti üzvlərinin hər hansı dövlətə qarşı ittihamlar səsləndirməsini yolverilməz adlandırıb.

P. Siyarto bildirib ki, bir sıra avroparlamentarilər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, digər ölkələrə qarşı ikili yanaşma sərgiləyir:

“Əksər hallarda onlar bu və ya digər dövlət haqqındakı neqativ fikirlərini həmin dövlətin təmsilçilərinin yanında söyləməkdən çəkinir. Əlbətə ki, bunun üçün cəsarət lazımdır. Bir sıra şəxslər Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasının işində iştirak etməməsindən yararlanmaq istəyir. Avropa Şurası tənqid platforması deyil” – sitatın sonu.

Qeyd edək ki, Peter Siyarto Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının işində iştirakının bərpası məsələsini qurumun Nazirlər Komitəsinin iclasında qaldırıb.


Geri dön