Ana Sayfa > Karusel / Səhiyyə > Bu klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - Fotolar

Bu klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - Fotolar


16-05-2024, 17:16. Yazar: Admin

bu-klinikada-rentgen-muayine-fealiyyeti-dayandirildi

“Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərində yerləşən filialında rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərində yerləşən filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi və klinikada 2023-cü ildə aparılmış yoxlama zamanı radiasiya təhlükəsizliyi üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Agentlik tərəfindən “Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərində yerləşən filialında rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.




 


Geri dön