Ana Sayfa > Karusel / Dünya > Fitsoya sui-qəsd edən şəxs hökumət əleyhinə aksiyaların iştirakçısı olub
Fitsoya sui-qəsd edən şəxs hökumət əleyhinə aksiyaların iştirakçısı olub16-05-2024, 16:13. Yazar: Admin |
Baş nazir Robert Fitsoya sui-qəsd hadisəsində iştirakda şübhəli bilinən şəxs heç bir radikal qruplaşmanın üzvü olmayıb və təkbaşına hərəkət edib. Qarabaginfo.az “Pravda”ya istinadən xəbərinə görə, bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib. O həmçinin hadisəni törətməkdə şübhəli bilinən şəxsin hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi barədə məlumatları təsdiqləyib. Qeyd edək ki, Robert Fitso mayın 15-də Handlovej şəhərinə səfəri zamanı sui-qəsdə məruz qalıb. Nəticədə ağır yaralanaraq xəstəxanaya çatdırılan hökumət başçısının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hökumətdən verilən açıqlamada Robert Fitsonun vəziyyətinin ağır olduğu bildirilib. Geri dön |