Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Son 4 ayda pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib
Ana Sayfa > Karusel / Sosial > Son 4 ayda pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Son 4 ayda pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib


16-05-2024, 14:46. Yazar: Admin

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (263 milyon manat) çox olmaqla 2 milyard 152 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pensiya artımı sahəsində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 4 ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 117 min pensiya təyinatı e-sistem vasitəsilə proaktiv qaydada aparılıb.


Geri dön