Ana Sayfa > Karusel / Siyasət > Sahibə Qafarova İsveçrədə səfərdədir

Sahibə Qafarova İsveçrədə səfərdədir


16-05-2024, 11:24. Yazar: Admin

 

Sahibə Qafarova İsveçrədə səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaqinfo.az-a verilən xəbərə görə, Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Azərbaycanın İsveçrədəki Səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Səfər çərçivəsində Milli Məclisin spikeri Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.

 

Nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov və digər rəsmi şəxslər daxildirlər.


Geri dön